Goranboyda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hasisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində baş verib. Hərəkətdə olan “VAZ-2107” və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində 1993-cü il təvəllüdlü İlkin Səfərov, 1993-cü il təvəllüldü Ehtiram Quliyev, 1992-ci il təvəllüdlü Elşad Yaqubov və 1981-ci il təvəllüdlü Etibar Həsənəliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir