Goranboyda 76 yaşlı kişini qatar vurub

Goranboyda Azərbaycan Dəmir Yolunun Dəliməmmədli stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.

 

Azinformasiya.az  xəbər verir ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.

Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir