Goranboyun Qarasüleymanlı kəndində intihar hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, kənd sakini 56 yaşlı M.Yusifov yaşadığı evdə özünü asıb.
Sözügedən şəxsin meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.
İlkin məlumata əsasən, M.Yusifov ailə münaqişəsi zəminində yaşadığı fərdi yaşayış evində özünü asaraq həyatına qəsd edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az