Gələn həftədən şagirdlərin yerdəyişməsi başlayır

OKtyabrın 17-si saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir