Gəncədə zəncirvarı qəza baş verib, xəsarət alanlar var

Gəncədə yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Gəncə qapıların yaxınlığında baş verib.

Hərəkətdə olan iki “Mercedes” və “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir