Gəncədə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

Gəncədə yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Dəfə Qorqud küçəsi ilə, Ş.İ.Xətai küçəsinin kəsişməsində baş verib.

“VAZ 2107” markalı avtomobillə, “HONDA” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı hər iki sürücü – Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir