Gəncədə ev yanıb, 79 yaşlı kişi xəsarət alıb

Gəncədə fərdi yaşayış evində yanğın olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Çarıqçılar küçəsində baş verib.

Sözügedən ünvandakı Fazil Kazımova məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısı alınıb və qonşuluqdakı evlərə keçməsinə imkan verilməyib.

Hadisə vaxtı evdə olan ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir