Gəncədə ev yanıb

Gəncədə yanğın hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yerləşən fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir