Gəncədə dava zamanı iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü S.Məsimov ayağından, 1995-ci il təvəllüdlü E.Əsgərov isə qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata əsasən, sözügedən şəxslər dava zamanı bıçaq xəsarəti alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir