Füzulidə yol qəzası olub, ANAMA-nın əməkdaşı ölüb

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, rayonun Molla Məhərrəmli kəndi ərazisində Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sahil Quliyev Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Füzuli rayon bölməsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir