Füzulidə avtomobil dərəyə aşıb, ölən var

Füzulidə avtomobil dərəyə aşıb.

 

Azinformasiya.az xəbər verir ki, Əhmədbəyli kənd sakini Möhsümzadə Möhsüm Oktay oğlu idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil dərəyə aşıb, sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Füzuli RPŞ-in İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir