Fransa, Yunanıstan və Cənubi Kipr Ukrayna üçün Türkiyədən silah alınmasına qarşı çıxıb

Fransa, Yunanıstan və Cənubi Kipr Avropa İttifaqının fondları vasitəsi ilə Ukrayna üçün Türkiyənin TB2 pilotsuz uçuş aparatlarının və artilleriya mərmilərinin alınmasına veto qoyublar.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Ukraynanın təcili zəruri ehtiyaclarının təmin edilməsi üçün Türkiyəyə böyük sifariş verilməsi planlaşdırılsa da, Fransa və Cənubi Kipr buna qarşı çıxıb, Afina da bu iki ölkəni dəstəkləyib.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Yunanıstan Avropa müdafiə sənayesinin inkişafını nəzərdə tutan bir siyasətin tərəfdarıdır, vətəndaşlarının ödədikləri verginin Türkiyənin müdafiə sənayesinə dəstək olmasını istəmir. Həmin mənbə qeyd edib ki, Fransa da öz silahları ilə rəqabət aparacaq silahların satışı üçün pəncərə açılmasını istəmir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir