Fələstin Səhiyyə Nazirliyi: Münaqişə başlayandan bəri Qəzzada 500 həkim ölüb

İsrailin ötən ilin oktyabrından bu yana keçirdiyi hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında 500-ə yaxın tibb işçisi həlak olub, yüzlərlə insan yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən,, İsrailin zərbələri Fələstin anklavında 130 təcili yardım maşını məhv edib. Bildirilir ki, Qəzza zolağında tibbi infrastruktura hücumlar yerli sakinləri əsas səhiyyə xidmətlərindən məhrum edib, su təchizatı və kanalizasiya şəraitinin pis olması isə vaxtından əvvəl ölüm hallarının artmasına səbəb olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir