Ermənistan XİN rəhbəri: “Türkiyə ilə danışıqları davam etdirməyin vaxtı çatıb”

Türkiyə ilə münasibətlərdə durğunluq, çox güman, seçki kampaniyası ilə bağlı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, hər iki tərəf indi konkret addımlar ata bilər.

“İndi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər”, – A.Mirzoyan vurğulayıb.

O, bu cür mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, həmçinin diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir