Ərdoğanla Norveçin Baş naziri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Norveçin Baş naziri Jonas Gahr Store arasında telefon danışığı olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq əsnasında Türkiyə ilə Norveç arasındakı əlaqələr, İsrailin Qəzzada törətdiyi qətliamlar, qlobal və regional hadisələr müzakirə edilib.

Prezident Ərdoğan İsrailin beynəlxalq hüquqa məhəl qoymayan ehtiyatsız hücumlarının dayandırılmasının və bölgədə daimi sülh üçün səylərinin artırılmasının vacibliyini bildirib.

Türkiyə lideri Norveçin Fələstini tanıma qərarının bölgədə davamlı sülh, əmin-amanlıq, ədalət və iki dövlətli həll vizyonuna töhfə verdiyini vurğulayıb və Norveç hökumətini proses boyu atdığı dəqiq addımlara və qətiyyətli davranışına görə təbrik edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir