Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan NATO Baş katibi Mark Rutteni qəbul edib.
Azinformasiya.az xəbər verir ki, görüş zamanı 7–8 iyul tarixlərində keçiriləcək NATO liderlərinin sammiti, Yaxın Şərqdəki vəziyyət və digər regional məsələlər müzakirə olunub.
Təxminən bir saat davam edən görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Azinformasiya.az