İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.
Azinformasiya.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.
“Bölgə izahı mümkün olmayan böyük böhranlarla üz-üzədir. Livana hücumlar İsrailin müharibəni bölgəyə yaymaq məqsədini nümayiş etdirdi. Bölgəmizin daha pis vəziyyətlərə sürüklənməsinin qarşısını almaq üçün İsrailə təzyiqi artırmaq lazımdır” – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Ərdoğan danışıqların ilk günü, sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcəyini bildirib.
Azinformasiya.az