Əraqçi: Tehran yalnız ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir

İran Silahlı Qüvvələri yalnız ABŞ tərəfindən İran ərazisinə qarşı hücumlar üçün istifadə olunan obyektlərə cavab zərbələri endirir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

“Silahlı qüvvələrimiz özünümüdafiə çərçivəsində ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar və atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi obyektlərə zərbələr endirir”, – deyə Əraqçi bildirib.

İranlı nazir vurğulayıb ki, İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq.

Əraqçinin sözlərinə əsasən, ABŞ və İsrail yeni müharibə yolu ilə daha əvvəl sanksiyalar və hərbi əməliyyatlarla əldə edə bilmədikləri nəticələrə nail ola bilməyəcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir