Əraqçi: İran regionda ABŞ-ın mövcudluğundan narahatdır, ancaq Ermənistana etibar edir

İran regionda ABŞ-ın mövcudluğu ilə bağlı narahatlıq keçirsə də, Ermənistana etibar edir.

 

Azinformasiya.az “News-Armenia”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda bildirib.

“Regionda və ətrafımızda ABŞ-ın istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Bununla belə, erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”, – iranlı nazir deyib.

Əraqçinin sözlərinə əsasən, Tehran Ermənistanın İranın təhlükəsizliyinə qarşı hər hansı addım atmadığına əmindir.

O, Ermənistan rəsmiləri ilə məsləhətləşmələrin davam etdiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir