Əraqçi: Hər dəfə diplomatik həll masada olduqda, ABŞ hərbi avantüraya əl atır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İranın raket ehtiyatları və onun buraxılış imkanları ilə bağlı yanlış məlumat verir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də yazıb.

O bildirib ki, İranın raket ehtiyatları və buraxılış qurğularının imkanları 28 fevralla müqayisədə 75 faiz səviyyəsində deyil, düzgün rəqəm 120 faizdir.

“İranın raket ehtiyatları və buraxılış qurğularının imkanları 28 fevralla müqayisədə 75 faiz səviyyəsində deyil, düzgün rəqəm 120 faizdir. Xalqımızı müdafiə etməyə hazırlığımız isə 1000 faizdir”, – Əraqçi vurğulayıb.

XİN rəhbəri onu da qeyd edib ki, hər dəfə diplomatik həll masada olduqda, ABŞ düşünülməmiş hərbi avantüraya əl atır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir