Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

 

Azinformasiya.az xəbər verir ki, müğənni bu gün dünyasını dəyişib.

Sənətçinin təxminən bu gün saat 11-12 radələrində vəfat etdiyi bildirilib.

Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, C. Məmmədovun nəşi Göy məscidə aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir