Əfqanıstanda məscidə hücum zamanı 6 nəfər ölüb

Əfqanıstanın Herat əyalətindəki məscidə hücum zamanı 6 nəfər ölüb.

 

Azinformasiya.az yerli “Pahjwok” agentliyinə istinadən xəbər verir ki, hadisə ötən axşam əyalətin Quzara rayonunda baş verib.

Bildirilib ki, naməlum şəxs ibadət vaxtında içəri daxil olaraq zəvvarlara atəş açıb. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öhdəsinə götürməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir