Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.
Azinformasiya.Az “Clarin” nəşrinə istinadən xəbər verir ki, argentinalı veteran hücumçu 60 yaşında vəfat edib.
Bu gün qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.
Qeyd edək ki, Dieqo Maradona son olaraq ölkəsinin “Ximnasiya və Esqrima” klubuna başçılıq edirdi.