Deputat Səyyad Salahlı İmişlidə ağacəkmə kampaniyasında iştirak edib – FOTO

Milli Məclisin 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən seçilmiş deputatı Səyyad Salahlı İmişli rayonunda səhiyyə işçiləri ilə görüş keçirib.

 

Azinformasiya.az  xəbər verir ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında baş tutan görüşdə deputat bildirib ki, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Deputatın sözlərinə görə, səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə prezident cənab İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin əsas prioritetlərindəndir.
Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində xəstəxananın həyətində ağacəkmə kampaniyası həyata keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir