Danimarkada koronavirusun “omikron” ştamının yeni altvariantı – BA.2 üstünlük təşkil edir.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Bu ilin ikinci həftəsində BA.2 yeni yoluxmaların 45%-ni təşkil edib.
Oxşar hallar Norveç və Böyük Britaniyada da müşahidə olunur.
Danimarka Dövlət Səhiyyə İnstitutu hesab edir ki, mövcud vaksinlər hələ də xəstəliyin ağır gedişatlarından qoruya bilər.
İnstitutun tədqiqatçısı Anders Fomsgaard BA.1 variantından sağalmış şəxslərin BA.2 variantına qarşı immunitetinin zəif olacağını və yenidən xəstələnmək ehtimalını qeyd edib.