Corat bağlarında meyit tapılıb

Sumqayıtda sahibsiz yarımtikilidən kişi meyiti tapılıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Corat bağlarında baş verib.

Ərazidən keçən sakinlər yarımtikilidə meyit olduğunu görüb, polisə xəbər veriblər.

Araşdırma nəticəsində meyiti tapılan şəxsin 1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədov olduğu müəyyən olunub. Meyitdə çürümə prosesi başladığı bildirilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir