Xarici işlər naziri Ceyhun Bayramov bu gün Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirak edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Müzakirələr zamanı Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar yardımı, eləcə də ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını və zərərçəkmiş şəxslərin dəstəklənməsinə yönəlmiş bərpa təşəbbüslərini diqqətə çatdırıb.
Münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması, o cümlədən münaqişədən sonrakı bərpa prosesində beynəlxalq həmrəyliyin əhəmiyyəti vurğulanıb.
Nazir Azərbaycanın Ukraynaya humanitar dəstəyi davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Azinformasiya.az