Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində baş verib.
Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi tamamilə yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.