Cəlilabadda yük maşını aşıb, xəsarət alan var

Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad ərazisində baş verib. “QAZel” markalı yük maşını idarəetməni itirərək magistral yoldan çıxıb. Yük maşını yol kənarında olan elektrik dirəyinə çırpılıb, daha sonra bir neçə dəfə aşıb. Yük avtomobili deformasiyaya uğrayıb. Xəsarət alan sürücü Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt üzrə araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir