Cəlilabadda iki maşın toqquşub, ölən və xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində baş verib.

“VAZ 2110” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1965-ci il təvəllüdlü Əyyub Əsədov hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Orxan Səfərov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir