Cəlilabadda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Cəlilabadda iki avtomobil toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində baş verib. Hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki qadın xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir