Cəlilabadda həkim xəstəni döyüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında qeydə alınıb.
Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.
Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba, Davud adlı həkimdən kömək istəyib. Ancaq bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.
Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az