BMT “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərir

“BMT “Taxıl sazişi”nin bərpa etmək üçün səy göstərir, ancaq hələlik bu işin təfərrüatlarını açıqlaya bilmir”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.

“Biz, artıq dediyimiz kimi, həm Ukraynadan, həm də Rusiyadan ərzaq və gübrə tədarükünün davam etdirilməsini axtarmağa davam edirik. Hazırda bununla bağlı hər hansı təfərrüat verə bilmərəm, ancaq baş katib daha öncə açıq şəkildə bildirdi ki, o, bu cəbhədə işi dayandırmır. Bu, yalnız bu iki ölkə üçün deyil, bütün dünyanın rifahı üçün son dərəcə vacibdir. Biz təsdiq edə bilərik ki, səylərimizi davam etdiririk”-deyə, o vurğulayıb.

BMT rəsmisi, həmçinin qeyd edib ki, təşkilat Rusiyadan “Taxıl sazişi”nin ləğvi ilə bağlı bildiriş alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir