Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 30 iyun – 1 iyul tarixlərində Özbəkistana rəsmi səfər edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Özbəkistanın Prezident Administrasiyasının rəsmi saytında dərc edilmiş məlumatda deyilir.
Məlumatda deyilir: “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə iyunun 30-dan iyulun 1-dək Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin ölkəmizə rəsmi səfəri baş tutacaq”.
Azinformasiya.az