ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş Nyu-Yorkda olacaq.
Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası keçirilir və Türkiyə XİN başçısı ABŞ-da səfərdədir.
Azinformasiya.az