Xəzər rayonunun Binə qəsəbəsində qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində baş verib.
Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.
F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.
M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az