Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər, 2014-cü il təvəllüdlü Zəhra Aslanova, 2013-cü il təvəllüdlü Zeynəb Aslanova, 1995-ci il təvəllüdlü Murad Məmmədli və 1988-ci il təvəllüdlü Aysel Hüseynova xəsarət alıb.

Xəsarət alan şəxslər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir