Biləsuvarda yardımçı tikilidə yanğın olub

Biləsuvar rayonunda yanğın hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.

Kənd sakini Fərzəli Ağamməd oğlu Əhmədova məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili alovlanıb.

Hadisə yerinə gələn Biləsuvar rayon yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşını alıb.

Ümümumi sahəsi 90 kv/m olan yardımçı tikilinin 6 kv/m çardaq hissəsi və tikilidə yığılan 750 kq ot kipinin 250 kq-ı yanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir