Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, Zülfüqar Şükürovun idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan Adilə Şükürova, Məhəsti Səfəri və Həsəni Səfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az