BƏƏ prezidenti Rusiyada rəsmi səfərdədir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfər edib.

 

Azinformasiya.az  Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla qeyri-rəsmi görüş keçirib.

Rusiya lideri BƏƏ prezidentini Novo-Oqarevo iqamətgahında qəbul edib.

Sabah Rusiya-BƏƏ liderləri arasında rəsmi görüş keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir