Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq əsnasında Əl Nahyan türk əsgərlərinin terrorçuların hücumu nəticəsində şəhid olmasıyla bağlı Ərdoğana başsağlığı verib.
Həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirliklərinin terrora qarşı mübarizədə həmrəy olduğu da vurğulanıb.
Azinformasiya.az