Bayden MKİ-nin direktorunu kabinetinin üzvü olmağa dəvət edib

ABŞ Prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsü kabinetinin üzvü olmağa dəvət edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bayden bildirib ki, Börns ona “Amerika xalqının təhlükəsizliyini prioritetləşdirən aydın, anlaşılan təhlil” təqdim edib.

“Onun başçılığı altında Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya qarşı amansız təcavüzü ilə mübarizədən tutmuş Çinlə məsuliyyətli rəqabətin idarə olunmasına, yeni texnologiyaların imkan və risklərinin həllinə qədər ölkəmizin əsas milli təhlükəsizlik çağırışlarına aydın, uzunmüddətli yanaşma təqdim edir”, – ABŞ lideri vurğulayıb.

Qeyd olunub ki, bu, Börnsə daha çox səlahiyyətlər vermək deyil, onun MKİ-nin direktoru kimi səmərəli fəaliyyətini tanıyan rəmzi mövqedir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir