Banqladeşdə ildırım vurması nəticəsində 9 nəfər həyatını itirib

Banqladeşdə ildırım vurması nəticəsində azı 9 nəfər həyatını itirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ölüm hallarının Sunamqanc, Maulvibazar və Silhet dairələrinin müxtəlif rayonlarında qeydə alındığı bildirilib. Hadisələrin əksəriyyəti bazar günü kənddə insanların tarlada işlədiyi zaman olub.

Qeyd edək ki, Banqladeş 2016-cı ildə ildırım vurmasını təbii fəlakət elan edib. Son bir neçə ildə bu ölkədə hər il yüzlərlə insan məhz ildırım vurmasından həyatını itirir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir