Balakəndə məktəbə məxsus anbarda yanğın olub.
Azinformasiya.az xəbər verir ki, bu gün səhər saatlarında Balakən rayonu Şərif kənd tam orta məktəbinin həyətində məktəbə məxsus ümumi sahəsi 80 kv/m olan anbarda yanğın qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində anbarda olan 15 ədəd parta, 2 ədəd lövhə, 2 ədəd şkaf və içəridə olan quru ot kütləsi yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az