Balakəndə fərdi yaşayış evi yanıb

Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.

 

Azinformasiya.az xəbər verir ki, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanova məxsus, ümumi sahəsi 132 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir