Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin mətbəxində əşyalar qismən yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir