Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb .
Belə ki, 1996-cı il təvəllüdlü Şəhla Qulamova idarə etdiyi “BAİC” markalı avtomobillə 1938-ci il təvəllüdlü piyada Nadir Kərimovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az