Bakıda qadına xəsarət yetirilib, əri və oğlu saxlanılıb

Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub.

 

Azinformasiya.az  DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir