Bakıda maşın idman zalına çırpılıb, sürücü ölüb

Bakıda ölümlə nəticələnən qəza olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir