Bakıda kişi kimyəvi maddə içərək ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə kimyəvi maddə içib. Nəticədə zəhərlənən kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə rəğmən Sergey Dmitrakov ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az